Polis əməkdaşları tərəfindən pişiyə işgəncə verən 1994-cü ilə təvəllüdlü şəxs müəyyən olunaraq polis şöbəsinə çağırılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, onun barəsində qanunauyğun tədbir görülüb.
Maraqlıdır İnsanlarda heyvanlara qarşı aqressiyanın səbəbi nədir?
GWARP Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının Prezidenti və Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov “Sherg.az”a bildirib ki, qabaqcıl ölkələrin, Qərb institutlarının araşdırmalarına görə heyvanlarla amansız rəftar edən şəxslər psixoloji olaraq xəstədir:
“Bu insanlar ümumiyyətlə cəmiyyət üçün son dərəcə təhlükəli ünsürlərdirlər. Hətta ABŞ-də aparılan araşdırma zamanı bir çox insanı öldürən manyakların qurbanlarını dəfn edikləri ərazidə müxtəlif heyvanların qalıqları da aşkar olunmuşdu. Alimlər araşdırma apararaq o, nəticəyə gəliblər ki, həmin şəxslər əvvəlcə heyvanlara əziyyət verərək öldürürlər. Emosiya dozası çatmayanda isə uşaqlara, qadınlara keçirlər. Bunu törədən şəxslər cəmiyyət üçün çox böyük həyatı təhlükə daşıyırlar. Bizlər üçün bu şəxslərin 500, 800 manat, yaxud da 5000 manat cərimələnməsi heç bir məsələni həll etmir. Bu şəxslər cəmiyyət üçün təhlükə olaraq qalır. Həmin şəxsləri psixi ekspertizayaya və ya müvafiq xəstəxanalara göndərməliyik. Məsələyə dərin yanaşaraq həll etmək lazımdır. Cərimələmək məsələnin həlli deyil. Cərimə yazıldıqdan sonra isə Probasiya şöbəsi bunu çağıraraq görəcək ki, beş qəpik yiyəsi deyil və məsələdə bu şəkildə bağlanacaq. Hazırkı tədbirləri mən tədbir saymıram və mövcud vəziyyətindən qəti narazıyam”.