Bakıda iş saatlarının dəyişdirilməsi məntiqlidir - Ekspert
05:49 06.02.2025
Aktual
590
Dövlət sektorunda asandır, bir əmrlə bu, həll olunacaq, amma özəl şirkətlərdə bir az problem yaranacaq
Bakıda dəyişkən iş qrafikinin tətbiqi üçün Tədbirlər Planının hazırlanmasına başlanıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, 2025-2026-cı illərdə dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil edilməlidir:
“Bu tapşırıqların icrasının təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq Tədbirlər Planının hazırlanmasına başlanıb. Tədbirlər Planına uyğun olaraq görüləcək işlər barədə ictimaiyyətə məlumat veriləcək”.
Ekspertlərin çoxu işə başlama saatlarının fərqləndirilməsini müsbət hal kimi dəyərləndirib. Qeyd ediblər ki, Bakıda nəqliyyat və piyadaların hərəkətində ciddi problemlər yaşanır. Şəhərdə səhər və axşam saatlarında böyük sıxlıq yaranır. Bunun əsas səbəbi iş yerlərinin, təhsil müəssisələrinin və digər obyektlərin eyni saatda fəaliyyətə başlaması və eyni saatda bağlanmasıdır. Nəticədə nəqliyyat şəbəkəsi həddindən artıq yüklənir, metro və avtobuslarda dözülməz sıxlıq yaranır. Buna görə də ən azı iş saatlarının 1-2 saat fərqlə təşkil edilməsi vacibdir.
İqtisadçı Natiq Cəfərli də hesab edir ki, əgər doğru sistem tətbiq olunsa, iş rejiminin dəyişdirilməsi məntiqlidir:
“Dünyada da belə sistem var. Bəzi özəl qurumlar, dövlət qurumları özləri öz işçiləri ilə razılaşaraq yeddi-səkkiz saatlıq iş rejiminə riayət etməklə işə başlama saatlarını dəyişə bilərlər. Məsələn, bəziləri səhər saat 7-də gəlib 4-də gedə bilir, bəziləri 8-də gələrək 5-də gedir. Dünya təcrübəsində belə yanaşmalar kifayət qədər çoxdur.
Azərbaycanda hansı formada tətbiq olunacağı, özəl şirkətlərin buna maraqlı olması sual yaradır. Dövlət sektorunda asandır, bir əmrlə bu həll olunacaq. Amma özəl şirkətlərdə bir az problem olacaq. Yəqin ki, özəl şirkətlərdə xüsusi təşviq proqramlarına da ehtiyac yaranacaq”.
Ekspert onu da vurğulayıb ki, təkcə iş qrafikinin dəyişdirilməsi ilə problem həll olunmayacaq. Bakı şəhərində nəqliyyat infrastrukturunun köklü şəkildə yenidən qurulması vacibdir. Şəhərin tikintisi və planlaşdırılması müəyyən normalara uyğun aparılmalıdır. Bakı sürətlə böyüyür və bununla bağlı yeni strategiyalar hazırlanmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi