Netanyahu: İsrail İranın dəstəklədiyi terror oxunu məhv edəcək
12:06 03.04.2025
Dünya
259
İran Hizbullah, HAMAS və husilər də daxil olmaqla, proksi qüvvələrinə arxalanaraq bizə hücum etdi. Biz İranın dəstəklədiyi terror oxunu məhv edəcəyik.
APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla keçirdiyi birgə mətbuat konfransında deyib.
Netanyahu İranın dəstəklədiyi HAMAS, Hizbullah və husilərin hücumlarına məruz qaldıqlarını vurğulayıb, əsas təhlükənin İranın özü olduğunu qeyd edib.
Baş nazir bildirib ki, İsrailin addımları təkcə özünümüdafiə ilə məhdudlaşmır.
Onun sözlərinə görə, İsrail hətta Avropanı qoruyur: “Bu təhlükə yalnız bizə deyil, Avropaya və Yaxın Şərqdəki bir çox qonşularımıza da təsir edir. Biz bunu etməyə qərarlıyıq və bununla həm də Avropanı qoruyuruq. Ola bilər ki, Avropada bəzi ölkələr bunu tam anlamır. Lakin Viktor Orban bizi anlayır”, – İsrail Baş naziri vurğulayıb.
O əlavə edib ki, İsrail bütün girovları qaytarmağa sadiqdir, o cümlədən Macarıstan vətəndaşı olan girovu da azad etməyə çalışırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronald Arauxo "Liverpul"a keçdi
07:17 11.08.2026
Futbol
Cici Hadid qızı və bacısı ilə tətildə
06:06 11.08.2026
Şou
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm