Türkiyənin paytaxtı Ankarada həyat yoldaşı ilə mübahisə edən kişi 3 yaşlı qızını bıçaqla girov götürərək evlərinin pəncərəsinə çıxıb və ətrafdakı insanlara hədə-qorxu gəlib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Ankara polisinin keçirdiyi əməliyyat çərçivəsində azyaşlı xilas edilib, şübhəli şəxs isə güllələnərək zərərsizləşdirilib.