Ana bətnindəki 8 aylıq körpəyə qan köçürülüb

Türkiyənin Batman xəstəxanasında 8 aylıq hamilə Birgül Bilgehana və onun ana bətnindəki körpəyə qan azlığı diaqnozu qoyulub.

Sherg.az xəbər verir ki, körpəyə 90 ml qan köçürülüb. Əməliyyat ultrason nəzarəti altında uğurla keçirilib. Ana və körpənin vəziyyəti yaxşıdır. Birgül Bilgehan əvvəlki hamiləliyində qan azlığı səbəbindən körpəsini itirmişdi. 

Həkimlər təkrar qan köçürülməsinin lazım ola biləcəyini bildirir və sağlam körpə gözləyirlər.