Prezident Ərdoğandan Özelə zəng: Ferdi Zeyrek üçün keçmiş olsun mesajı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, CHP lideri Özgür Özel ilə telefonla əlaqə saxlayaraq Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek üçün keçmiş olsun diləklərini çatdırıb.

Sherg.az xəbər verir ki, Ferdi Zeyrek Keçiliköy qəsəbəsindəki evinin həyətindəki hovuzda yaranan nasazlığı yoxlamaq üçün maşın otağına girərkən elektrik cərəyanı vurub. 70 dəqiqə ürəyi dayanıb.

Xəstəxananın baş həkimi İsmet Topçu bildirib ki, ECMO cihazı ilə müalicəyə başlanılıb. Təzyiqi  yaxşılaşdığı və lakin sidik ifrazında problem olduğu üçün diyaliz cihazı qoşulduğu deyilib. Ümumi vəziyyətinin kritik olduğu, ancaq müsbət inkişaflar olduğu vurğulanıb.