Texasda ölənlərin sayı 109-a çatdı – xeyli sayda itkin düşənlər var

ABŞ-nin Texas ştatında baş verən daşqınlar nəticəsində azı 109 nəfər ölüb, 160-dan çox adam itkin düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Texas qubernatoru Qreq Ebbot keçirdiyi mətbuat konfransında deyib.

Qubernator bildirib: “Azı 161 nəfər hələ də itkin düşüb. Onların arasında yay düşərgəsindən olan beş uşaq və bir işçi də var. Bu siyahı böyüyə bilər”.