Miçiqanda kilsədə atışma qurbanlarının sayı artdı - YENİLƏNİB

ABŞ-nin Miçiqan ştatının Qrand Blank şəhərində mormonların kilsəsində baş vermiş atışma nəticəsində azı 2 nəfər ölüb.

Teleqraf xəbər verir ki, daha əvvəl 1 nəfərin öldüyü, 9 nəfərin yaralandığı bildirilirdi.

“Daha bir nəfər aldığı güllə yaralarından yerli xəstəxanada ölüb”, - şəhərin şerifi Uilyam Reyni məlumat verib.

“NBC News” kanalının məlumatına görə, atəş açan şəxs 40 yaşlı Tomas Ceykob Senforddur. Hadisə yerində partlayış və ya yanğın törətmək üçün nəzərdə tutulmuş ən azı üç əldəqayırma qurğu tapılıb. Cinayətkar hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. ABŞ Prezidenti Donald Trump atışmanı ölkədə xristianlara qarşı məqsədyönlü hücum adlandırıb.


***

ABŞ-nin Miçiqan ştatının Qrand-Blenk şəhərindəki kilsədə atışma baş verib.

Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.

Atışma nəticəsində bir neçə nəfər xəsarət alıb, atəş açan şəxs isə zərərsizləşdirilib.

Hadisədən sonra kilsəni alov bürüyüb. Yerli hakimiyyət orqanları vətəndaşları atışmanın baş verdiyi ərazidən uzaq durmağa çağırıb.

Hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər isə hələ də davam etdirilir.