650 qramlıq körpə doğuldu - FOTO

Türkiyədə 24 həftəlik 650 qram çəkidə və 33 santimetr boyunda dünyaya gələn Leyla İlge Yalçın həyata tutunub.

Medicina.az xəbər verir ki, Duygu Yalçın və Ali Yalçın, 6 fevral 2023-cü ildə baş verən böyük zəlzələdə evləri və iş yerləri dağıldıqdan sonra Antalyaya köçüblər.

Burada yeni bir həyat quran cütlük, valideyn olmağın həyəcanını yaşayırdılar.

Duygu Yalçın, 650 qram çəkidə olan körpəsini görəndə çox ağladığını ifadə edib:

"Nə baş verdiyini başa düşə bilmədik. Çox qorxduq. Çünki o, həqiqətən kiçik idi. Yenidoğulmuşların reanimasiya şöbəsində idi. Cihazlara qoşulmuşdu".

Doğulanda körpəsini belə qucağına ala bilmədiyini deyən ata Yalçın əlavə edib:

"Çox çətin idi. Bunu təsvir edəcək söz yoxdur. Sözlərlə izah edə bilmərəm. Bu, bizim üçün çox çətin bir an idi. Qızımızı ilk dəfə küvəzdə gördük. Çünki çox sürətli müdaxilə tələb olunurdu."