Ağcabədidə itkin düşən yeniyetmələr tapılıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan Teleqraf-a bildirilib ki, Ağcabədi rayonunda iki yeniyetmənin tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
Yeniyetmələrin Bakı şəhərində olduqları yer müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib. Onların itkin düşməsində kriminal tərkib müəyyən olunmayıb.
***
Ağcabədidə itkin düşən qohumlar tapılıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi rayonunun Hüsülü kənd sakinləri olan Anar Məmmədov və Kamal Məhərrəmli Xəzər rayonunun Binə qəsəbəsində yerləri məlum edilərək tapılıb.
Onlar valideynlərinə təhvil verilib. Yeniyetmələrin vəziyyətləri və səhhətlərində heç bir narahatlıq yoxdu.
***
10:41
Ağcabədi rayonunda iki əmioğlu evdən çıxıb geri qayıtmayıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Hüsülü kənd sakinləri olan əmioğlular - Anar Məmmədov və Kamal Məhərrəmli iyunun 22-də evdən çıxıblar.
Onların 16 yaşı olduğu deyilir.
Ailə hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verib. Araşdırma aparılır.