Aralıq dənizində güclü zəlzələ oldu

Aralıq dənizində 4,9 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla 22:49-də (Bakı vaxtı ilə 23:49), Türkiyənin Muğla vilayətinin Datça rayonundan 267 kilometr aralıda, yerin 8.58 km dərinliyində baş verib.