Azərbaycanda FETÖ-yə görə həbs edilən maliyyə işlərinə cavabdeh şəxsin məhkəməsi başlayıb
Azərbaycanda FETÖ-yə görə həbs edilən maliyyə işlərinə cavabdeh şəxsin məhkəməsi başlayıb
10:25 14.02.2024
Hadisə
421
Azərbaycanda FETÖ-yə görə saxlanılan təşkilatın maliyyə işlərinə cavabdeh şəxsi olan Gümrah Abdurahmanov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, bu gün Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmənin baxış iclası fevralın 28-nə təyin edilib.
Qeyd edək ki, FETÖ-yə qarşı keçirilən əməliyyatlar zamanı təşkilatın Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, təşkilati işlərə cavabdeh olan Ruslan Əliyev və fəal İlkin Həşimli ötən il iyul ayında Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb və onlar barəsində Cinayət Məcəlləsinin 167-3.1-ci (dinə etiqad etməyə məcbur etmə və ya bu əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb və hər biri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Həmçinin Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir təşkilatın təbliğatını apardıqları və gənclərin təşkilata üzv olması istiqamətində addımlar atdıqları müəyyən edilib.
FETÖ-nün idarələrində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol
Qan donduran hadisə: Evdən 14 uşaq çıxdı - Çinli cütlük saxlanıldı
15:12 07.10.2026
Hadisə
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
15:10 07.10.2026
Dünya
Pezeşkian: İran ABŞ ilə tammiqyaslı müharibənin içindədir
14:54 07.10.2026
Dünya
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
14:46 07.10.2026
Dünya
Ermənistan XİN-in saytında Qarabağla bağlı arxiv silindi
14:43 07.10.2026
Gündəm
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirildi
14:27 07.10.2026
Media