Bakıda 79 yaşlı kişi yıxılaraq ölüb

Bakıda 79 yaşlı kişi yıxılaraq ölüb.

"Report" xəbər verir ki, Nərimanov rayonu ərazisində 1947-ci il təvəllüdlü Əmralı Şirəli oğlu Şirəliyev yaşadığı Ə.Əliyev küçəsindəki evində ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.

Xəstəxanaya yerləşdirilmiş Ə.Şirəliyev ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.