Bakıda uşaq 5-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır

Bakının Yasamal rayonunda 8 yaşlı uşaq binanın 5-ci mərtəbəsindən aşağı yıxılıb.

Teleqraf xəbər verir ki, hadisə Yasamal rayonunda olub.

2018-ci il təvəllüdlü Mərdiyeva M. yaşadığı mənzilin balkonundan yıxılıb. Ağır xəsarətlər alan uşaq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.