Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB
20:57 08.10.2022
Hadisə
509
Nizami rayonu, Qara Qarayev prospekti, Əlif Hacıyev küçəsində 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 11 saylı 36 kv metr 2 otaqlı mənzildə partlayış baş verib.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant İlqar Nəsibov deyib.
O bildirib ki, partlayışdan sonra mənzildə təxminən 13 kv metr ərazidə yanğın olub: "Yanğın zamanı mənzildə heç kim olmayıb. Yanğın nəticəsində ev əşyaları yanıb, eləcə də deformasiya uğramış arakəsmə divarlar dağılıb. Bir nəfər yanıq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib".
FHN rəsmisi qeyd edib ki, yanğınla bağlı qaynar xəttə 23:12-də məlumat daxil olub: "23:16-da Fövqəladə Hallar Nazirliyinim bölmələri hadisə yerinə çatıblar. 16 dəqiqə ərzində yanğın tam söndürülüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən texnikası, 1 xilasetmə avtomobili və 20-dən çox şəxsi heyəti cəlb olunub".
***
00.05
Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində beşmərtəbəli yaşayış binasında baş vermiş yanğında 1 nəfər yüngül xəsarət alıb, ölüm yoxdur.
DİN-dən APA-ya verilən məlumata görə, ərazidə Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Sakinlərin təhlükəsizliyi təmin edilib.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində söndürülüb.
***
00.01
Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən yaşayış binasında baş verən yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 briqadası hadisə yerinə cəlb edilib.
TƏBİB-dən APA-ya verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan bir nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
***
23.38
Bakının Nizami rayonundakı yaşayış binasında baş verən yanğın söndürülüb.
FHN-dən APA-ya bildirib ki, ilkin ehtimala görə hadisə qaz sızması səbəbindən baş verib.
Hadisə nəticəsində ölən olmayıb. Yanıq xəsarətləri alan 2001-ci il təvəllüdlü Əliyev Toğrul Əfqan oğlu Respublika Yanıq Mərkəzinə aparılıb.
***
23.24
Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən evlərdən birində partlayış baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə və Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
23.17
Bakıda yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış yanğına səbəb olub.
APA xəbər verir ki, hadisə bu gün axşam saatlarında Nizami rayonunda, Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşən binada qeydə alınıb. Hadisə nəticəsində evlərin pəncərələri sınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ən yüksək maaşı məhz həkimlər almalıdır - Həkim-pediatr
16:30 02.09.2026
Sağlamlıq
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə