Bərdədə 2 avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Bərdədə 2 minik maşını toqquşub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qaradəmirçi kəndi ərazisində baş verib. “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in xilasediciləri də cəlb olunub.
Faktla bağlı araşdırma aparılır, ölən və xəsarət alanların kimliyi araşdırılır.