Beyləqanda 65 yaşlı kişi kanalda batıb

Beyləqanda 65 yaşlı kişi kanalda batıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Yuxarı Qarabağ kanalının Eyvazallar kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, Milabad kənd sakini, 1961-ci il təvəllüdlü Əhliman Hüseyn oğlu Sarıyev qızının evinə qonaq gəlib. Hadisə də məhz həmin kənddə baş verib.

Hazırda kişinin tapılması istiqamətində aidiyyəti qurumlar tərəfindən axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.