Bismark dənizində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın GFZ Yer Elmləri Tədqiqat Mərkəzi məlumat yayıb. Yeraltı təkanın episentri 10 kilometr dərinlikdə, 3,15 dərəcə cənub en dairəsi və 148,63 dərəcə şərq uzunluğu koordinatlarında yerləşib.
Dağıntılar və ya tələfat barədə hələlik məlumat verilməyib.