Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb

Cəlilabadda montyoru elektrik cərəyanı vurub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Mirzəli kəndi ərazisində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Qarakazımlı kənd sakini Fariz Məmmədov elektrik dirəyində təmir-bərpa işləri apararkən onu cərəyan vurub.

Xəsarətlər alan F.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.