Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Cəlilabad rayonunun Uzuntəpə kəndində elektrik transformatorunda partlayış baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə kənd ərazisində yerləşən elektrik transformatorunda qeydə alınıb.

Qəfil partlayışdan sonra transformator və ətraf ərazidə yanğın yaranıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Partlayışın səbəbləri araşdırılır.

Hadisə ilə əlaqədar ətraf ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.