Çində ev heyvanlarının sayı körpələrin sayını ötmək üzrədir
09:19 19.09.2024
Hadisə
404
Çinli gənclər ailə qurmaq istəmədikləri üçün 2030-cu ilə qədər ev heyvanlarının sayının azyaşlı uşaqların sayından iki dəfə artıq olacağı proqnozlaşdırılır.
Sherg.az xəbər verir ki, "Amerika İnvestisiya Bankı Goldman Sachs" tərəfindən Milli Statistika Bürosunun məlumatlarına əsaslanaraq hazırladığı araşdırmaya görə, bu onilliyin sonuna qədər ölkədə şəhər ev heyvanlarının sayının 70 milyonu keçəcəyi, dörd və daha aşağı yaşda olan uşaqların sayının isə 40 milyondan aşağı düşəcəyi gözlənilir.
2017-ci ildə vəziyyət tam əksi idi; Dörd və daha aşağı yaşda olan 90 milyon uşaq olduğu halda, şəhər ev heyvanlarının sayı təxminən 40 milyon idi.
Hesabatda 2030-cu ilə qədər ölkədə yeni doğulanların orta hesabla 4,2 faiz azalacağı proqnozlaşdırılıb. Bu azalmada 20-35 yaş arası qadınların sayının azalması və gənc nəslin uşaq sahibi olmaq istəyinin azalmasının təsirli olduğu bildirilib.
2023-cü ilə qədər olan vəziyyətə görə Çində ev heyvanları sahiblərinin təxminən yarısı 23-33 yaş arası insanlardır.
Ölkənin ev heyvanları üçün qida bazarının 2030-cu ilə qədər 12 milyardlıq bir sektora çevriləcəyi gözlənilir.
Hesabatda həmçinin proqnozlaşdırılır ki, Çində pişik sahibliyi itlərin sahibliyini üstələyəcək, çünki pişikləri böyütmək üçün daha az yer tələb olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur