“Fənərbaxça” - “Beşiktaş” derbisindən əvvəl qanunsuz mərc əməliyyatı

Türkiyədə “Fənərbaxça”- Beşiktaş” derbisindən əvvəl qanunsuz mərcə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Sherg.az xəbər verir ki, Ədliyyə naziri Akın Gürlek bildirib ki, qanunsuz mərc saytlarına yönələn pul axınının qarşısını almaq məqsədilə 345 qanunsuz mərc saytı, 110 ödəniş üsulu və 1200 IBAN müəyyən edilib. Həmçinin qanunsuz mərc fəaliyyəti ilə əlaqəli təxminən 98 min internet saytına girişin bloklanması barədə qərar qəbul olunub.

Qanunsuz mərc və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasında istifadə edildiyi müəyyənləşdirilən 1048 fiziki və hüquqi şəxsə aid 1200 bank hesabına həbs qoyulub.

Gürlek araşdırma çərçivəsində 7258 saylı qanunun pozulması və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı istintaq başladıldığını açıqlayıb.

“İdmanın həyəcanını qanunsuz qazanca çevirməyə çalışanlara imkan verməyəcəyik”, – deyə nazir bildirib.