FHN: Keşlə qəsəbəsində 100-ə yaxın sakin təhlükəsiz yerə təxliyə edilib

97 sakin təhlükəsiz yerə təxliyə olunub.

Sherg.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyin İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşı Pərviz Aslanov jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində su kollektorlarında baş vermiş nasazlıqdan suyun təsirinə məruz qalan ərazilərdə FHN-nin müvafiq qüvvələri tərəfindən tədbirlər keçirilməkdə davam etdirilir.

"FHN-nin əməkdaşları gecə saatlarında da fasiləsiz olaraq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirir. Son məlumata görə, 97 vətəndaş təhlükəsiz yerə təxliyə olunub. FHN əməkdaşları ərazidə suyun çəkilməsi işlərini davam etdirir", - o bildirib.