Gəlin qaynatasını döşəmə silən taxta ilə döydü
12:00 22.11.2024
Hadisə
480
Hacıqabul rayonunda qaynatasını döşəmə təmizləyən taxta ilə döyən gəlinə hökm oxunub.
Sherg.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisəyə görə 1987-ci il təvəllüdlü İ.C. saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Gəlin məhkəmədə A.S. adlı qaynatasının ona qarşı xoşagəlməz ifadələr işlətdiyini və hadisəni bu səbəbdən törətdiyini deyib. İ.C. qaynatasının dediklərindən əsəbləşərək döşəməni təmizləmək üçün istifadə olunan taxta ilə onun kürək və boyun hissələrinə vurub. Daha sonra A.S. evdən qaçaraq polisə məlumat verib.
Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasında A.S.nın bədənində ciddi bir travmatik zədə və onun obyektiv izləri aşkar edilməyib.
Məhkəmənin qərarı ilə İ.C. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 300 manat məbləğində cərimə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi