Gəncədə 1959-cu il təvəllüdlü Xalidə Eminbəylinin yaşadığı mənzildə meyiti tapılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 67 yaşlı qadının meyiti yaşadığı Firdovsi küçəsindəki şəxsi mənzilində aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.