Gümrüdə parklanma mübahisəsi qətllə nəticələnib

Ermənistanın Gümrü şəhərində avtomobilin parklanması ilə bağlı mübahisə qanlı insidentlə nəticələnib. Hadisə zamanı 26 yaşlı kişi ölüb, 57 yaşlı atası yaralanıb.

Sherg.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə sentyabrın 12-də saat 18:30 radələrində baş verib. İlkin məlumata əsasən, qonşular arasında avtomobilin park edilməsi ilə bağlı başlayan mübahisə davaya çevrilib.

Münaqişə zamanı 64 yaşlı kişi ata və oğula bıçaqla xəsarət yetirib. 26 yaşlı kişi aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Şübhəli şəxs saxlanılıb. Hadisə ilə bağlı istintaq aparılır.