Naxçıvan Muxtar Respublikasında hərbçi dünyasını dəyişib.
Axar.az Unikal.az-a istinadla xəbər verir ki, hadisə ötən gün baş verib.
Afiyəddin Arif oğlu Abdullayev futbol oynayan zaman ürək tutmasından vəfat edib.
Qeyd edək ki, Naxçıvanda bir neçə gün əvvəl hərbçi, Vətən müharibəsi iştirakçısı Elvin Pənahov da ürək tutmasından həyatını itirib.
***
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elvin Məhəmməd oğlu Pənahov kəskin miokard infarktı nəticəsində vəfat edib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.