Hərbi qulluqçu infarkt nəticəsində vəfat edib

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Pənahov Elvin Məhəmməd oğlu kəskin miokard infarktı nəticəsində vəfat edib.

Bu barədə Sherg.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.