İmişli rayon sakini Araz çayında boğulub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Araz çayının İmişlinin Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayon sakini T. Mirişov çaya düşərək boğulub.
Hazırda onun axtarışları aparılır. Onun 11-ci sinif şagirdi olduğu bildirilir.