Ermənistanın Araqatsotn vilayətində İrəvan-Gümrü avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sherg.az xəbər verir ki, məlumata görə, hadisə iyulun 1-də saat 21:35 radələrində magistralın 30-cu kilometrliyində qeydə alınıb. Əvvəlcə "Volkswagen" və "Chevrolet" markalı avtomobillər toqquşub. Sürücülər və sərnişinlər vəziyyəti aydınlaşdırmaq üçün nəqliyyat vasitələrindən düşüblər.
Bu zaman yoldan keçən "Saturn" markalı avtomobil "Chevrolet"in sürücüsünü və sərnişinini vurub.
Nəticədə bir nəfər hadisə yerində həyatını itirib, daha bir yaralı isə "Armenia" tibb mərkəzinə çatdırılıb.
Məlumata əsasən, ölən şəxs İrəvan sakini, 22 yaşlı Romela S.-dir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.