İşin ucunda ölüm var: “Motosiklet oyuncaq deyil”
Banuçiçək Kalbalıyeva
16:45 09.07.2020
Hadisə
942
Bəzi motosiklet sahibləri yollarda “at oynadırlar”. Axı at, araba dövrü əsrlər əvvəldə qalıb...Amma təəccüblənməyin. Motosikleti atla səhv salıb, necə gəldi hərəkət edənlər də az deyil.
Müşahidələr göstərir ki, yol qəzalarının müəyyən hissəsində tərəflərdən ən azı biri motosiklet sürücüsü olur. Heç gözlənilmədən hardansa çıxır və, ya maşınla, ya da avtobusla toqquşur. Sürət isə motosikletlərin ən səciyyəvi xüsusiyyətidir. Çoxu elə bilir ki, motosiklet sürücüsünün bacarması lazım olan ilk və ən lazımlı məqam nəqliyyatı sürətli idarə edə bilməkdir...Qəzalar, bədbəxt hadisələr isə göz qabağındadır...
Motosikletlər camaatdan nə istəyir?!
Nəqliyyat eksperti, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı bu barədə “Sherg.az”a açıqlama verib. Onun fikrincə, qayda-qanuna əməl edilsə, vəziyyət düzələr:
“Hər bir nəqliyyat vasitəsinin hərəkəti qanunla tənzimlənir. Sürücülər bunu bilməlidirlər. Motosiklet qəzalarının sayının artmasının əsas səbəbi qanuna tabe olmamaqdır. Onların xeyli hissəsi motosikletlərini dövlət yol nişansız, özü də sürücülük hüququna malik olmadan idarə edirlər. Odur ki, maariflənmə, təbliğat işi aparılmalıdır.
E.Muradlının sözlərinə görə, nəzarətin güclənməsi də lazımi effekti verəcək:
“Dövlət Yol Polisi özlərini “Bağdaddakı kor xəlifə” hesab edənlərin qarşısını almalıdır. Sürücülər unudurlar ki, motosiklet oyuncaq deyil. Onunla zarafat etmək, oynamaq, qayda-qanun tanımamaq ölümlə nəticələnir. Bir neçə gün əvvəl “Dominos pizza”nın motosiklet sürücüsünün törətdiyi qəza dediyimiz fikri təsdiq edir. Əgər nəzarət güclənsə və bəzi sürücülər cərimələnsə, bu, digərlərinə də dərs olar. Çünki sürücülərin 90 faizi cərimələrdən sonra nizam-intizamlı olmağa başlayırlar”.
Bütün bunlarla yanaşı, ekspert motosikletlərin əleyhinə deyil. Əksinə, o, bu nəqliyyat vasitələrinin sayının artmasını yüksək qiymətləndirir: “Karantinlə əlaqədər olaraq çatdırılma xidmətlərinə tələbat artdı.
Ümumiyyətlə, son illər ictimai nəqliyyatdakı motosikletlərin sayının çoxaldığını müşahidə edirik. Bu, yaxşıdır. Çünki həm az benzin sərf olunur, həm də tıxacda çox yer tutmur. Eyni zamanda, bu nəqliyyat vasitələrinin daha sürətli olması onların üstünlüyüdür. Amma gərək sadaladığım avantajlardan yararlana bilək.
Elə edək ki, söylədiyim məqamlar ölümlə, xəsarətlə nəticələnməsin. Bunun üçün ən vacib olan məqam qayda-qanunu bilmək və əməl etməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya