İsmayıllı rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb.
Məlumata görə, Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Əyyub İslam oğlu Əfəndiyev iş görən zaman traktorun altında qalıb.
Onun ayağı traktorun tırtıl lentinə ilişib və nəticədə o, nəqliyyat vasitəsinin altında qalaraq həyatını itirib.