İstanbulda zəncirvari qəza: çoxsaylı yaralı var

İstanbulda zəncirvari qəza baş verib.

Axar.az “A Haber”ə istinadla xəbər verir ki, qəzaya səbəb Sarıyer rayonu ərazisindəki enişdə avtobusun əyləc sisteminin sıradan çıxması olub.

Qəza zamanı 16 avtomobil bir-birinə çırpılıb, çoxsaylı yaralı olduğu bildirilir.