Kəlbəcərdə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çəpli kəndi ərazisində qeydə alınıb.
Belə ki, 2015-ci il təvəllüdlü Z. Abutalıbov çaydan su götürmək istəyərkən çaya düşüb.
Dərhal hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Hazırda yeniyetmənin axtarışları davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.