Məşhur aparıcı Ece Erkən verdiyi açıqlamalarla yenidən gündəmə gəlib.
Sherg.az xəbər verir ki, aparıcı keçmişdə yaşadığı dələduzluq hadisəsindən danışarkən futbol mütəxəssisi Sərgən Yalçın barədə diqqətçəkən fikirlər səsləndirib.
Erkən qatıldığı televiziya proqramında bildirib ki, vaxtilə sahib olduğu yay evini alarkən güvəndiyi insanların tövsiyələrinə əsaslanıb. O, xüsusilə Çeşmədə yaşadığı dövrdə baş verən bu hadisənin həyatında mühüm dönüş nöqtəsinə çevrildiyini qeyd edib.
Aparıcının sözlərinə görə, investisiya qərarını verərkən Sərgən Yalçının məsləhətinə etibar edib:
"Bunlar etibarlıdır, buradan yay evi al" sözlərinə inanaraq yatırım etdim. Nəticə isə ortadadır.
Ece Erkən bildirib ki, həmin qərar sonradan onun üçün böyük məyusluqla nəticələnib. Yaşadığı peşmanlığı gizlətməyən aparıcı bunları deyib:
"Əvvəllər bir yay evim var idi. Hələ aldadılmamışdan əvvəl məktəblər bağlananda Çeşməyə gedirdim. Sərgən Yalçının dediklərinə inanaraq oradan ev aldım. İndi isə dönüb baxanda özümə qəzəblənirəm. Başımı divarlara vururam ki, sənə necə inandım."
Ece Erkenin bu etirafı qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onun illər sonra səsləndirdiyi bu açıqlamalar maqazin gündəminin ən çox diqqət çəkən mövzularından birinə çevrilib.