Möcüzə QURTULUŞ: Paraşütü təyyarənin quyruğuna ilişdi, 4 min metrdə asılı qaldı

Avstraliyada bir paraşütçü, paraşütünün təyyarəyə dolaşması nəticəsində 4 min 600 metr hündürlükdə asılı vəziyyətdə qalıb. Paraşütçü, ip kəmərlərini kəsərək möcüzəvi şəkildə xilas ola bilib.

Sherg.az xəbər verir ki, Avstraliya rəsmiləri tərəfindən yayımlanan görüntülər paraşütçünün paraşütünün təyyarənin quyruğuna ilişməsi səbəbindən minlərlə metr yüksəklikdə necə asılı qaldığını göstərir.

Hadisə Cairnsin cənubunda keçirilən bir nümayiş zamanı baş verib. Olay ancaq nəqliyyat təhlükəsizliyi qurumunun apardığı araşdırmanın ardından üzə çıxıb.

4 min 600 metr yüksəklikdə 16 nəfərlik paraşütçü forması planlaşdırılmışdı və uçuş paraşütçü kamera operatoru tərəfindən çəkilirdi. Lakin ilk iştirakçı təyyarə qapısına yaxınlaşan kimi saniyələr içində xaos yaşanıb.

Paraşütçü təyyarənin kənarında tullanmağa hazırlaşan kamera operatoruna çırpılıb və onun yıxılmasına səbəb olub.

Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosunun dərc etdiyi videoda, iştirakçının ehtiyat paraşütünün qol hissəsinin təyyarənin qanad fləpına ilişməsi nəticəsində açıldığı görünür.

Paraşütçü arxaya doğru savrulub, ayaqları təyyarəyə dəyib və narıncı rəngli ehtiyat paraşüt təyyarənin quyruğuna dolaşıb.

Hesabata görə, paraşütçü eyni zamanda təyyarənin kənarında tullanmağa hazırlaşan kamera operatoruna çırpılaraq onu sərbəst düşüşə göndərib. Hesabatda adlar, yaşlar və cinsiyyətlər qeyd olunmayıb.

Görüntülərdə paraşütçünün bir neçə saniyə boyunca şok keçirirmiş kimi əllərini kaskının üzərinə qoyduğu görünür. Paraşütçü qorxulu boşluğun üzərində asılı vəziyyətdə olarkən kanca bıçağı ilə ehtiyat paraşütün ip kəmərlərini kəsib və özünü xilas edib. Ardınca əsas paraşütünü açaraq yerə təhlükəsiz eniş edib.

Büronun baş komissarı Angus Mitchell bildirib: “Bir kanca bıçağı daşımaq qanuni məcburiyyət olmasa da, ehtiyat paraşütün vaxtsız açılması halında həyatı xilas edə bilər.”

Hadisə zamanı təyyarənin quyruğu “əldəqayırma dərəcədə ciddi zərər” alıb və pilotun idarəetmə qabiliyyəti məhdudlaşıb. Pilot “mayday” təcili çağırışı etsə də, daha sonra təyyarəni təhlükəsiz şəkildə endirə bilib.