Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu uçuş zamanı səhhəti pisləşən sərnişinə ilk tibbi yardım göstərib.
Sherg.az xəbər verir ki, Batman və Siirt vilayətlərində keçirilən proqramlardan sonra Istanbul istiqamətində uçan təyyarədə bir sərnişin özünü pis hiss edib. Kabin heyətinin "təyyarədə tibb işçisi varmı?" elanından sonra nazir Kemal Memişoğlu və onu müşayiət edən rəsmilər sərnişinə yaxınlaşaraq ilkin tibbi müdaxilə həyata keçiriblər.
Göstərilən yardımdan sonra sərnişinin vəziyyətinin stabilləşdiyi bildirilib.