Oxumadı, sevdiyi insana qoşulub qaçdı
Yusif Sultanoğlu
05:37 05.12.2023
Hadisə
375
“Avakado Ayşə” indi ildə 300 min gəlir əldə edir.
Ayşə Mələk Alanyada anadan olub. Təhsil almağa marağı olmayıb, onu işləmək cəlb edib. Tikiş kursuna gedib, parçalara naxış vurmağı öyrənib, gənc yaşlarında ailə qurmasına valideynləri razı olmayıb, o da sevdiyi insana qoşulub gedib. Ailə həyatı ilk illərdə ağır olub. 2 övladı vaxtından əvvəl dünyaya gəlib, maddi sıxıntılar çəkib. Bir günsə “mən pul qazanmağın yolunu tapacağam”, deyib və evinin bağçasında avakado əkməyə başlayıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bu gün hər yerdə adı “Avakado Ayşə” deyə çağrılan, 50 hektar sahədə avakado bağı salaraq maddi gəlir əldə etməklə yanaşı, avakado ixrac da edən Ayşə Mələyin hekayəsini təqdim edir. ”O zaman babamın, atamın meyvə bağçaları vardı. Mən də ora tez-tez gedirdim, gələcək həyat yoldaşım Hüseyni də orada görürdüm. Bir-birimizi sevdik, evləndik. Peşman deyiləm. Hüseyn çox yaxşı həyat yoldaşı, çox mehriban ata, çalışqan biridir. Sonra əkizlərimiz dünyaya gəldi. Maddi sıxıntılarımız vardı, bağçamızda meyvə, tərəvəzlər əkdik, onları bazara çıxarıb pul qazanırdıq. Kirayə pulu vermək bizi çox çətin vəziyyətə salırdı. Hüseynin maaşı körpələrin qidasına, dərmanlara xərclənirdi. Üçüncü övladımız doğuldu. Ayağı düşərli oldu. Avakado bağçamız sanki bu körpənin gəlişini gözləyirdi. Barı-bəhrəsi ikiqat artdı. Məhsulumuz bollaşdı. “Övladı verən Allah ruzisini də verir”, deyə məhsulumuzu toplamağa başladıq, satışa çıxardıq. Gəlirlərimiz artdı. 3 övladımız vardı, 3-ü də oğlan. Oğlanlar bizə “niyə bacımız yoxdur”, soruşurdular. Onların ardınca 2 qız övladımız dünyaya gəldi. Özüm təhsil almamışdım, bu məni həmişə narahat edirdi, odur ki, övladlarıma "nəyin bahasına olursa-olsun oxuyacaqsınız, ali təhsil alacaqsınız", dedim. Onlar da təhsillərini davam etdirirlər” söyləyən Ayşə Mələk hazırda 50 hektar sahədə avakado yetişdirdiklərini, ildə 250-300 min TL gəlir əldə etdiklərini deyib. Avakado meyvəsinin faydalarını öyrəndikdən sonra ona maraqları daha da artıb. Körpələrə 6 aylığından sonra bu meyvədən verilə bilər. Avakadonun tərkibindəki E vitamini körpələr üçün çox xeyirlidir. Fiziki və zehni inkişaflarına kömək edir. Hamilə xanımların avakado yeməsində fayda var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə neft ehtiyatlarından istifadə qərarı verdi
14:16 12.03.2026
Gündəm
Türkiyə və NATO İranın mümkün hücumlarına qarşı tədbirlər görür
13:41 12.03.2026
Dünya
İranda müharibə ABŞ-yə hələlik 11,3 milyard dollara başa gəlib
13:21 12.03.2026
Gündəm
İran Avropa İttifaqının vasitəçi olmasını istəyir
13:16 12.03.2026
Gündəm
Paşinyan Azərbaycanla bağlı iddianı təkzib etdi
13:09 12.03.2026
Cəmiyyət
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək - RƏY
13:02 12.03.2026
Gündəm
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya
Zənginlər müharibədən qaçmaq üçün SƏRVƏT XƏRCLƏYİR
12:40 12.03.2026
Gündəm
Gəncədə sahibsiz itlərin toplanmasına başlandı - FOTO
12:26 12.03.2026
Ölkə
Qebreyesus səhiyyəyə çox az vəsait ayrılmasından şikayətlənib
11:38 12.03.2026
Gündəm