Prokuror biznesmen sevgilisini şantaj edən qadına cəza istədi

Sevgi münasibətində olduğu iş adamı Xalid Kərimovun hədə-qorxu ilə bir milyon manata yaxın pulunu ələ keçirməkdə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın məhkəmə prosesi keçirilib.

Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, Aybəniz Xəlilovanın 11 il azadlıqda məhrum edilməsini məhkəməyə təklif edib.

Növbəti proses iyulun 21-də davam edəcək.

Qeyd edək ki, "Beniz" ləqəbli tiktokerun barəsində sevgilisi Xalid Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Zərərçəkmiş onunla pul müqabilində görüşdüyünü iddia edib, hər dəfə görüşəndə 300 manat pul verdiyini bildirib.

Tiktoker barəsində Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Daha sonra Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.