Sabirabadda avtomobilin vurduğu piyada ölüb

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhərin M.S. Ordubadi küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1985-ci il təvəllüdlü Əsgərov Amid Gülxan oğlu yolu keçən zaman "Mercedes" markalı avtomobil onu vurub.

Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.