Şagird məktəbdə qətliam törətdi: 9 ölü...

Tailandın Nonthaburi əyalətinin Banqkruay rayonunda orta məktəbdə atışma baş verib.

Axar.az xəbər verir ki, bu barədə "Khaosod" nəşri mlumat yayıb.

Avqustun 7-si səhər saatlarında baş verən hadisə zamanı hücum edən şəxs də daxil olmaqla, 7 nəfər həlak olub.

Məlumata görə, ölənlərdən 3-ü müəllim, 3-ü şagird, 1-i isə atəş açan şagirddir.

Hadisə zamanı daha 15 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisəni törədən şagirdin binalardan birində ölü tapıldığı vurğulanıb. İlkin məlumata görə, o, intihar edib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

***

Tailandda məktəbdə atışma nəticəsində ölənlərin sayı, atəş açan şəxs də daxil olmaqla, 9 nəfərə çatıb.

Bu barədə "Khaosod" nəşri məlumat yayıb.

Polis əməkdaşları məktəbdə atışma törədən şagirdin evinə baxış keçirib və onun nənə ilə babasının cəsədlərini aşkar ediblər. O, məktəbə getməzdən əvvəl onları evdə güllələyib.

Şagirdin motivlərini və məktəbdəki mümkün problemləri aydınlaşdırmaq üçün araşdırma aparılır.

Atəş açan şəxsin təxminən 14 yaşı olub, o, intihar edib.