Salyanda 15 yaşlı qızı həyəti sulayarkən elektrik cərəyanı vurub öldürüb

Salyanda 15 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb. Kənd sakini, 2006-cı il təvəllüdlü Əkbərova Fidan Qulam qızı həyətdə su sulayarkən onu elektrik cərəyanı vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.