Şəkidə dağlıq ərazidə yanğın olub

Şəki şəhərinin Şirinbulaq kəndi yaxınlığında dağlıq ərazidə yanğın olub

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, dağlıq ərazidə 12 ha sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.