Şəmkir rayonunda qidadan kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə restoranlardan birində baş verib.
11 nəfər zəhərlənmə diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həmin şəxslər aşağıdakılardır:
1. Mədinə İsmayılova (1995)
2. Sevil Cəlilova (1994)
3. Gülbəniz Cəlilova (1973)
4. Leyla Qurbanova (2007)
5. Rüfət Qurbanov ( 1999)
6. Türə Daşdəmirova ( 1999)
7. Famil İsgəndərov ( 1994)
8. Aysu Abbasova (2015)
9. Rüxsarə İsgəndərova (1967)
10. Fatimə İsgəndərova (1999)
11. Rasim Şirinov (1999).
İlkin ehtimala görə, adları qeyd edilən şəxslər məclisdə yedikləri salatdan bir müddət sonra özlərini yaxşı hiss etməyiblər.
Faktla bağlı araşdırma başlanılıb.