Şəmkirdə 2 qardaş bıçaqlanıb


Şəmkir rayonunda iki qardaş bıçaq xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakinləri, 1984-cü il təvəllüdlü Həsənov Vasif Alik oglu və 1981-ci il təvəllüdlü Həsənov Eldar Alik oglu bıçaq xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatı hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.