Rusiyanın Sevastopol şəhəri yaxınlığındakı Xmelnitski kəndində hərbçinin silahlı insidenti nəticəsində 4 nəfər həyatını itirib, daha 4 nəfər yaralanıb.
Sherg.az xəbər verir ki, bu barədə Sevastopolun rəhbəri Mixail Razvojayev məlumat verib.
Onun sözlərinə görə, ilkin məlumata əsasən, hərbçi əvvəlcə silahdaşlarına atəş açıb. Nəticədə bir hərbçi ölüb, biri yaralanıb. Daha sonra hücum edən şəxs kənddə daha üç nəfəri yaralayıb və 71 və 59 yaşlı iki kişi, həmçinin 64 yaşlı bir qadın olmaqla üç mülki şəxsi öldürüb.
Hadisəni törədən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin səbəbləri araşdırılır.