Sumqayıtda 61 yaşlı kişi avtomobilində vəfat etdi

Sumqayıtda 61 yaşlı kişi avtomobildə qəflətən dünyasını dəyişib.

Teleqraf-ın yerli bürosunun xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi ərazisində qeydə alınıb.

Belə ki,1965-ci il təvəllüdlü Bayramov Çingiz Həmdulla oğlu özünə məxsus “BYD” markalı avtomobili idarə edərkən qəflətən halı pisləşib və vəfat edib.

Onun ölüm səbəbi araşdırılır.