Sumqayıt sahillərində dənizdə meyit aşkarlanıb.
Hadisə Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil hissəsində baş verib. Kişi meyitinin suda olduğu müəyyən edildikdən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Xilasedicilər meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hazırda şəxsin ölümünün səbəbləri və hadisənin digər təfərrüatları araşdırılır.