Tacikistanda baş verən zəlzələ Özbəkistanı da silkələdi

Tacikistanda baş verən zəlzələ Özbəkistanda da hiss olunub.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistanın Seysmik Proqnozlaşdırma Mərkəzi məlumat yayıb.

Zəlzələnin maqnitudası 5,5, episentri isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Özbəkistanda da hiss olunub. Ən güclü təkan Fərqanə bölgəsində 3 bal gücündə qeydə alınıb. Paytaxtla yanaşı, Namanqan, Əndican, Sırdərya və Daşkənd vilayətlərində də 2 bal gücündə təkanlar baş verib.