“Tərtər işi” ilə bağlı ittiham olunan generalın məhkəməsi qeyri-müəyyən vaxta təxirə salınıb
Yusif Sultanoğlu
07:09 30.11.2023
Hadisə
397
“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda bu gün hökm elan olunacağı gözlənilsə də, proses təxirə salınıb.
Buna səbəb kimi təqsirləndiriləndlərdən biri Ziya Kazımovun məhkəməyə gəlməməsi göstərilib. Ev dustaqlığında olan mayor Ziya Kazımovun xəstə olduğu, prosesə gələ bilmədiyi bildirilib.
Prokuror Vüsal Mehrəliyev Ziya Məmmədovun növbəti iclasa məcburi gətirilməsini istəyib. Hakim Zeynal Ağayev isə təqsirləndirilən şəxsin müalicə aldığı tibb mərkəzinə sorğu göndəriləcəyini, iclasda iştrak etməmə səbəbi barədə həkim rəyinə əsasən, məcburi gətiriləcəyini bildirib.
Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Xatırladaq ki, prokuror Bəkir Orucovun və Ziya Kazımovun 12 il 6 ay, İntiqam Məmmədovla Ülvi Rəşidovun 10 il 6 ay, Rahib Məmmədovun isə 8 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucov və digərləri ötən il cinayət məsuliyyətinə cəlb ediliblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
B.Orucov və R.Məmmədov barəsində həbs, Ziya Kazımov və Ülvi Rəşidov barəsində istintaq dövründə alternativ qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hindistan baş nazirindən İranla bağlı çağırış...
23:21 12.03.2026
Dünya
İran İsraili tezliklə məhv etməklə hədələdi
22:43 12.03.2026
Dünya
Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi
22:26 12.03.2026
Siyasət
KİV: Seyid Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocəstə sağdır
22:08 12.03.2026
Gündəm
Tramp İsrailə bir həftə vaxt verdi: Müharibəni dayandır!
21:44 12.03.2026
Dünya
Gürcüstan ATƏT missiyasının hesabatını rədd edib
21:31 12.03.2026
Cənubi Qafqaz
Ağdam sakini Füzulidə minaya düşərək həlak oldu
20:48 12.03.2026
Hadisə
Tramp: İran yığması dünya çempionatına qatıla bilər, amma...
20:35 12.03.2026
Futbol
“Azərbaycan sülh diplomatiyasının mərkəzindədir” - ŞƏRH
20:23 12.03.2026
Gündəm
İranın parçalanmasına qarşıyıq - Hakan Fidan
20:11 12.03.2026
Dünya
Ramazanın 23-cü günü: Dua, imsak və iftar vaxtı...
19:59 12.03.2026
Cənubi Qafqaz
Ankarada zəlzələ olub
19:27 12.03.2026
Hadisə
Rusiya neftinə sanksiyalar ləğv edilməyəcək - ABŞ
19:19 12.03.2026
Dünya
NATO Türkiyəyə ona görə "Patriot" yerləşdirdi ki.. - Fidan
19:00 12.03.2026
Dünya
Maduro həbsxanada qışqırır: Mən prezidentəm...
18:42 12.03.2026
Dünya